“Company of the Year” milli mükafatı

“Company of the Year” milli mükafatı

17.12.2015

16 Dekabr 2015-ci il tarixində Jumeirah Bilgah Beach mehmanxanasında “Company of the Year” milli mükafatının 2015-ci ilin yekunları üzrə təqdimat mərasimi keçirildi. “Consulting&Business” jurnalı tərəfindən təsis olunan mükafat milli iqtisadiyyatın və biznesin möhkəmləndirilməsi və inkişafında əhəmiyyətli rol oynayan yerli və xarici şirkətlərə təqdim olunur. Azpetrol şirkəti növbəti dəfə “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “İlin Şirkəti” mükafatına layiq görülmüşdür. Qeyd edək ki, “Company of the Year” mükafatına 23 laureat - biznes sferasında 22 və bir xüsusi nominasiyada, layiq görülüblər.